İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən oksigen zavodunda partlayış meydana gəlib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Qənbəri hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini və bir nəfərin yaralandığını deyib.
O, yerli vaxtla ötən gecə saat 20:20-də baş verən partlayışın səbəbinin hələlik məlum olmadığını və qəzanın səbəblərinin araşdırılmasınn bu gündən başlayacağını bildirib.
www.102info.az