Livan və İsrail arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb.
Bu münsibətlə cümə axşamı BMT sülhməramlılarının Naquradakı qərargahında xüsusi mərasim keçirilib.
Livan və İsrail nümayəndə heyətləri imzaladıqları sənədləri BMT-nin xüsusi koordinatoru Coanna Vronetskayaya təhvil veriblər.
Mərasimdə tərəflər arasında vasitəçi kimi çıxış edən amerikalı emissar Amos Hokstin, həmçinin ABŞ və Fransa səfirləri də iştirak ediblər.
Mənbə: TASS
www.102info.az