Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdi: Siyahıda 30 rəsmi var

Dünya

Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edib.

Sanksiyalara 30 Rusiya vətəndaşı və yeddi təşkilat daxil edilib.

Bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Norveç Rusiyaya qarşı sanksiyalarla bağlı Aİ-ni bir daha dəstəkləyir. Bu, Rusiya hökumətinə və onun tərəfdarlarına təzyiqi davam etdirmək məqsədi daşıyır”, – deyə Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt bildirib.

Norveç Nazirlər Kabineti qeyd edib ki, xüsusilə qondarma Donetsk və Luqansk Xalq Respublikaları (“DNR” və “LNR”), Xerson və Zaporojye vilayətlərində referendumun təşkilatçıları məhdudiyyətlərə məruz qalıblar.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir