Pop-rəssam Endi Uorholun “Gümüş Qəza” əsəri 80 milyon dollara hərraca çıxarılıb.
Əsər müəllifin ölümdən qayğılandığını əks etdirən “Ölüm və Fəlakət” silsiləsinin bir hissəsidir.
Seriyanın sonuncu rəsm əsəri “Gümüş Qəza” 2013-cü ildə 105 milyon dollara satılaraq dünyanın ən bahalı on əsərindən biri olub.
“Sotheby’s” hərrac evində noyabrın 16-da satışa çıxarılacaq tablo “monumental şah əsəri” adlandırılır. Burada hündürlüyü 3,5 metrdən və eni 1,8 metrdən çox olan kətan üzərində təkrarlanan qara-ağ təsvirlər əks olunub.
Əsər 15 ildən artıqdır ki, sərgilənmir.
Mənbə: gazeta.ru
www.102info.az