Gürcü Pravoslav Kilsəsi ölkə ərazisində medianın işini məhdudlaşdıran qaydalar tətbiq edib.
Bu barədə Patriarxlığın sözçüsü Andria Caqmaidze oktyabrın 28-də jurnalistlərə bildirib.
“Son vaxtlar jurnalistlər tez-tez dini mərasimlərdən əvvəl din xadimlərinə müraciət edirlər və din xadiminin imtinası jurnalistin qıcıqlanmasına səbəb olur. Digər tərəfdən, din xadiminin kilsədə ibadətə sakit və rahat şəkildə başlaması prinsipial əhəmiyyət kəsb edir”, – Caqmaidze bəyan edib.
O vurğulayıb ki, məbədlərdə mətbuat nümayəndələri üçün yerlər müəyyən ediləcək. Bundan əlavə, kütləvi informasiya vasitələri bayram tədbirlərini işıqlandırmaq üçün artıq akkreditasiya almalı olacaqlar.
Caqmaidze qeyd edib ki, yuxarıda göstərilən məhdudiyyətlər qanunla nəzərdə tutulub. O, həmçinin xatırladıb ki, Gürcüstanda çoxdan media üçün oxşar qaydaları tətbiq edən təşkilatlar var.
Mənbə: rossaprimavera.ru
www.102info.az