ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin əri Pol Pelosiyə çəkiclə hücum edən David Depepi noyabrın 1-də məhkəmə qarşısına çıxacaq.
Bu barədə San-Fransisko dairəsinin prokuroru Bruk Cenkins özünün “Twitter” hesabında məlumat verib.
We are coordinating closely with federal and local law enforcement partners on this investigation. We will bring forward multiple felony charges on Monday and expect DePape to be arraigned on Tuesday. DePape will be held accountable for his heinous crimes. https://t.co/LMKnebW3vF
— Brooke Jenkins 謝安宜 (@BrookeJenkinsSF) October 29, 2022
Xatırladaq ki, oktyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə çəkiclə silahlanmış şəxs hücum edib. Mənzilə daxil olan hücumçu “Nensi haradadır?” deyə qışqırıb, onu evdə tapmayanda isə spikerin 82 yaşlı ərinin başına zərbə endirib.
Paul Pelosi kəllə sümüyünün sınığı, sağ qol və əllərindən ciddi xəsarətlər alıb.
San-Fransisko polisinin daha sonra bildirdiyinə görə, 42 yaşlı David Depepinin hərəkətinin motivi müəyyən edilməyib.
Bununla belə CNN telekanalı hücumçunun sui-qəsd nəzəriyyələrinin pərəstişkarı olduğunu xəbər verib. Jurnalistlərin bildirdiyinə görə, artıq silinmiş “Facebook” səhifəsində Depepi müxtəlif sui-qəsd nəzəriyyələrini, xüsusən də 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını dəstəkləyən yazılar dərc edib, 6 yanvar 2021-ci ildə Konqres binasına hücumu dəstəkləyib, koronavirus peyvəndlərinin ölümcül təhlükəsi ilə bağlı təsdiqlənməmiş məlumatları dərc edib və dünya elitalarının yeni dünya nizamı yaratmaq üçün pandemiyadan istifadə etdiyinə inanıb.
Mənbə: TASS
www.102info.az