Oktyabrın 29-da Ukrayna və Rusiya arasında növbəti dəfə hərbi əsir mübadiləsi aparılıb.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak özünün “Telegram” kanalında xəbər verir.
Onun sözlərinə görə, 52 ukraynalı vətənə qaytarılıb.
O da qeyd olunur ki, azadlığa çıxanlardan ən gəncinin 19, ən yaşlısının isə 56 yaşı var. Bəzi şəxslərin döyüş yaraları və ya xroniki xəstəlikləri var.
Azad edilmiş döyüşçülərə yaxın vaxtlarda lazımi tibbi yardım göstəriləcəyi vurğulanıb.
www.102info.az