Zelenski: “Rusiyanın G20-də olması nonsensdir”

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın G20-dən xaric edilməsini istəyib. 

Zelenski bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib.

Siyasətçi vurğulayıb ki, xüsusilə indiki məqamda Rusiyaya qarşı sərt beynəlxalq reaksiya göstərilməlidir.

“Həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, xüsusən də G20 səviyyəsində. Rusiya necə G20 ölkələrinin arasında ola bilər? Bu nonsensdir. Rusiya G20-də təmsil olunmamalıdır”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakını dayandırıb.

Rusiya Federasiyası bunu Ukrayna ordusunun Sevastopolda Qara dəniz donanmasına, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı hücumla əlaqələndirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir