Ekoloji fəallar özlərini dinozavr skeletinə yapışdırdılar – FOTO

Dünya

“Letzten Generation” (“Son nəsil”) ətraf mühit hərəkatının fəalları Berlindəki Təbiət Tarixi Muzeyində etiraz aksiyası keçiriblər.

34 və 42 yaşlı iki qadın özlərini 60 milyon illik dinozavr skeletinin dayaqlarına yapışdıraraq “Hökumət onu nəzarətə götürməsə, nə olacaq” yazılmış pankart açıblar.

Fəallar dinozavrları misal çəkərək insanların yox olmasına səbəb olacaq iqlim dəyişikliyinə etiraz ediblər.

Qadınlar aksiya başlayandan bir saat sonra polis tərəfindən saxlanılıb. Onlara qarşı cinayət işi açılıb.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir