Klinton Trampdan 1,06 milyon dollar istəyir

Dünya

ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton sabiq prezident Donald Trampdan 1,06 milyon dollar tələb edir. Bununla əlaqədar keçmiş dövlət katibi məhkəməyə müraciət edib.

Buna səbəb isə Trampın onu 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdində ittiham etməsi və buna görə qaldırdığı iddiası olub.

Keçmiş dövlət katibi bu məbləği məhkəmə müddətində çəkilən xərclər və məsrəflər üçün kompensasiya kimi geri almaq istəyir.

Qeyd edək ki, mart ayında Tramp Klintonu və Demokratlar partiyasının rəhbərliyini onun Rusiya ilə sövdələşməsi barədə yalan məlumat yaymaqla 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdində ittiham edərək məhkəməyə verib. Sentyabrda məhkəmə iddianı rədd edərək, onun çox gec verildiyinə və sübutlarla təsdiq edilmədiyinə qərar verib.

Mənbə: Boomberg

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir