Seuldakı “Halloween” bayramında faciə: Ölən və yaralananların sayı artdı

Dünya

Cənubi Koreyanın Seul şəhərinin mərkəzindəki İtaevon bölgəsində izdiham nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

Faciənin qurbanları arasında 14 ölkədən 26 əcnəbi var.

Son məlumatlara görə, xəsarət alanların sayı 151 nəfərdir. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, İtaevon ərazisi Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınır. Belə ki, on minlərlə gənc son üç ildə ilk dəfə anti-COVID məhdudiyyətləri olmadan qeyd olunan “Halloween” bayramını qeyd ediblər. Bu zaman eni 4 metr olan dar zolaqlardan birində izdiham yaranıb. 

Mənbə: Yonhap

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir