Akar Şoyqu ilə taxıl sazişini yenidən müzakirə edib

Dünya

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə son iki gün ərzində ikinci dəfə taxıl sazişini müzakirə edib.

Rusiya Müdafiə Nazirliyinin çərşənbə axşamı verdiyi məlumata görə, telefon danışığı Türkiyənin təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, tərəflər arasındakı son danışıqlar bazar ertəsi, oktyabrın 31-də keçirilib.

Söhbət zamanı Qara dəniz təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasının Rusiya tərəfindən dayandırması müzakirə olunub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir