Baku TV-nin Ukraynadan xəbər verən əməkdaşının efiri yarımçıq kəsildi – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevdə əvvəlki günlərə nisbətən gərginlik azdır.

Qeyd edilib ki, ötən gecə daha çox Poltava və Nikolayev vilayətləri raket və dron hücumlarına məruz qalıblar.

“Təkcə Nikolayev vilayətində altı İran kamikadze dronu məhv edilib”, – deyə o əlavə edib.

Canlı yayım zamanı M.Aslanovun çıxışına müdaxilə edilib. Bu səbəbdən jurnalist yayımı dayandırmalı olub.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir