Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Futbol Federasiyasının (TFF) təşkilatçılığı ilə keçirilən sərgidə iştirak edib.
Sərginin açılışında çıxış edən R.T.Ərdoğan bildirib ki, TFF Türkiyə klublarından və futbolçularından toplanan sənədləri, əşyaları, şəkillər bir araya gətirməklə ortaya maraqlı bir iş çıxarıb.
“Burada milli komandamızın dünya çempionatında üçüncü yeri tutduğunu, klublarımızın xaricdəki nailiyyətlərini əks etdirən nadir əsərlər var. İnanıram ki, sərgimizdə təqdim olunan bu nadir rəsmlər hamımızda çox xoş hisslər doğurur. Təşkilatçıları və iştirakçıları təbrik edirəm”, – deyə Türkiyə prezidenti vurğulayıb.
Mənbə: Haber Global
www.102info.az