Çavuşoğlu Quterreş, Lavrov və Kuleba ilə danışıqlar aparıb

Dünya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün BMT-nin baş katibi Antonio Quterreş, rusiyalı həmkarı Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıb.

Nazirin həmkarları ilə söhbəti zamanı Ukraynadakı son vəziyyət və taxıl dəhlizi müzakirə olunub.

Həmçinin, Çavuşoğlu baş katib Quterreşə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə taxıl sazişinin yenidən fəaliyyətə başlaması üçün atılan təşəbbüslər barədə məlumat verib. BMT rəhbəri Türkiyəyə göstərdiyi səylərə görə təşəkkür edib və nəticədən çox məmnun olduğunu bildirib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir