Qazaxıstanın Karaqanda vilayətində şaxtada qaz sızması nəticəsində beş nəfər həlak olub.
Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə gecə saatlarında qazma işləri aparılarkən qaz-drenaj quyularında qəfil sızma nəticəsində baş verib.
Dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerindən 106 əməkdaş təxliyə edilib.
Mənbə: Tengrinews
www.102info.az