İtaliyanın yeni xarici işlər naziri: “Putin və Zelenskini danışıqlar masasına oturtmaq lazımdır”

Dünya

“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlar və razılaşmaların əldə edilməsinə nail olmaq lazımdır”.

Bu barədə İtaliyanın yeni xarici işlər naziri Antonio Tayani bildirib.

“Putin və Zelenski arasında görüş və razılaşmanın baş tutması məqsəd kimi qarşıya qoyulmalıdır ki, onlar danışıqlar masasına əyləşə bilsinlər”, – deyə Tayani qeyd edib.

Eyni zamanda o vurğulayıb ki, dünya ədalət prinsipi üzərində qurulmalıdır.

“Ədalət isə Ukraynanın ərazi bütövlüyünün qorunması deməkdir”, – deyə italiyalı nazir əlavə edib.

Mənbə: Strana.news

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir