Ukraynanın Xerson vilayətinin Qolaya Pristan şəhərində rusiyalı hərbçilər xəstəxanaların əmlakını daşıyırlar.
Xersonda məcburi təxliyə işləri davam etdirilir və qiymətli əmlaklar daşınır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya hərbçiləri Qolaya Pristan yaşayış məntəqəsindən təcili tibbi yardım maşınları və avadanlıqlarını çıxararaq Skadovsk şəhərinə aparırlar”, – deyə məlumatda qeyd edilir.
Həmçinin rusiyalı hərbçilər Zaporojye və Xerson vilayəti ərazisində sakinlərin məcburi təxliyəsini davam etdirirlər. Əsasən Dnepr çayının sol sahili boyunca Zaporojye rayonunun Bolşaya Znamenka kəndindən Xerson vilayətinin Nova Kaxovka şəhərinə qədər olan ərazidə yaşayan sakinlər köçürülürlər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin hücumuna hazırlaşan Rusiya hərbçiləri Xersonu xidməti və mülki avtomobillərdən təmizləmək qərarına gəliblər. Yanğınsöndürən maşınlar və minik avtomobilləri də şəhərdən çıxarılır.
Mənbə: Tsn.ua
www.102info.az