Filippində təbii fəlakətdən dörd milyon insan zərər gördü: Ölü və yaralı sayı artır – FOTO

Dünya

Filippində bir neçə gün davam edən “Nalji” (“Nalgae”) tropik qasırğasından 3,96 milyondan çox insan zərər çəkib.

Bu barədə ölkədə Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurası xəbər verib.

Bildirilir ki, təbii fəlakət azı 150 nəfərin həyatına son qoyub. Bundan başqa, azı 128 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 36 nəfər isə itkin düşüb.

Respublikanın 13 rayonunda daşqınlar və sürüşmələr də daxil olmaqla 1,5 mindən çox təbii fəlakət hadisəsi qeydə alınıb.

Fırtına minlərlə evə, yüzlərlə infrastruktur obyektinə zərər vurub.

Qeyd edək ki, hər il Filippində orta hesabla 20 tayfun və fırtına baş verir, insanlar həlak olurlar, evlər, yollar və körpülər dağılır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir