“Taliban” İran mədəniyyətinə qarşı mübarizəyə başladı: Fars dilində yazan şairlərin portretləri yığışdırılır

Dünya

Əfqanıstanın paytaxtında yerləşən Kabil Universitetində fars dili və ədəbiyyatı fənlərinin tədris edildiyi kabinetlərin divarlarındakı İran yazıçıların portretlərinin yığışdırılmasına başlanılıb.

Qeyd olunur ki, universitet rəhbərliyinə göstəriş “Taliban” hökuməti tərəfindən yaradılan Tövsiyə və Qadağalar İdarəsi tərəfindən gəlib.

Bəziləri bunu “Taliban” tərəfindən İran mədəniyyətinə qarşı aparılan mübarizə kimi qiymətləndirirlər.

Hələlik “Taliban” rəhbərliyindən heç kim sözügedən hadisəni şərh etməyib.

Mənbə: Sputnik Əfqanıstan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir