Rusiya Prezidenti Vladimir Putin İndoneziyada baş tutacaq Bpyük iyirmilik (G20) sammitində iştirak edərsə, onun ukraynalı həmkarı Volodimir Zelenski tədbirə qatılmayacaq.
Bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat verib.
“Mən G20 sammitində başqalarının iştirakını izləmirəm. Lakin mənim şəxsi mövqeyim və Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri orada olacaqsa, Ukrayna iştirak etməyəcək. Görək, necə olacaq”, – Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna qarşıdan gələn G20 sammitinə hazırlaşır və bu məsələ İndoneziya lideri Coko Vidodo ilə telefon danışığı zamanı da müzakirə olunub.
“Hər halda, bu gün bizi yenidən dəvət etdilər. Bir daha baxarıq, cəmi bir neçə gün qalıb”, – Zelenski əlavə edib.
Qeyd edək ki, G20 sammiti bu il Balidə keçiriləcək. O, öz işinə noyabrın 15-də başlayacaq.
Mənbə: rbc.ua
www.102info.az