Çavuşoğlu: “İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün lazımi şərtləri yerinə yetirməyib”

Dünya

Türkiyə hesab edir ki, İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün əldə olunan razılaşmaların şərtlərini yerinə yetirməyib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı alyans rəhbərinin iddialarına cavab olaraq bəyan edib.

Tədbir XİN rəhbərinin “Twitter” səhifəsindən canlı olaraq yayımlanıb.

Qeyd edək ki, Stoltenberq konfrans zamanı Helsinki və Stokholmu NATO-ya qəbul etməyin vaxtı çatdığını bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir