“Nant”ın baş məşqçisi: “Mərhələni “Qarabağ” da keçsəydi, məyus olmazdıq”

Dünya

“Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq”.

“Report”un məlumatına görə, bunu Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare Yunanıstanda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, son turöncəsi bütün diqqətləri öz oyunlarında olub:

“Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq”.

Qeyd edək ki, G qrupunda 2-ci pilləni tutan “Nant” Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir