Hindistanın mərkəzində yerləşən Madhya-Pradeş ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, avtobusla yolsuzluq avtomobilinin toqquşması nəticəsində azı 11 nəfər həyatını itirib.
Avtobusda olanların hamısı fəhlələr olub.
İlkin məlumata görə, yolsuzluq avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: NDTV
www.102info.az