Tehran Rusiyaya pilotsuz təyyarələri Ukraynada müharibə başlamazda əvvəl verib.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bəyan edib.
“Ukraynadakı müharibədən bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz təyyarələr vermişdik”, – deyə o bildirib.
Abdullahian eyni zamanda İranın Rusiyaya ballistik raketlərin tədarükünü etməsi ilə bağlı məlumatları təkzib edib.
Mənbə: TASS
www.102info.az