Şimali Koreya şənbə günü Sarı dəniz istiqamətinə dörd yaxınmənzilli ballistik raket buraxıb.
Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
Raketlər 20 km-ə qədər yüksəklikdə təxminən 130 km uçub.
Pxenyan ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin birgə “Vigilant Storm” hərbi hava təlimlərinin son günündə raket atışını həyata keçirib.
Son günlər KXDR ABŞ-Cənubi Koreya təlimləri fonunda raket atmağı kəskin şəkildə artırıb.
Mənbə: Yonhap
www.102info.az