Almaniya Ukraynanı “Leopard 2” tankları ilə təmin edə bilər

Dünya

Bizim Almaniyanın ölkəmizə “Leopard 2” tanklarını təhvil verəcəyinə ümid etməyə əsaslarımız var.

Bunu Ukraynanın Almaniyadakı yeni səfiri Oleksey Makeyev noyabrın 5-də alman mediasına müsahibəsində bildirib.

Eyni zamanda, Makeyev bu məsələ ilə bağlı Almaniya hakimiyyəti ilə fundamental əhəmiyyətli danışıqların aparıldığı iddiasına toxunub. Səfir bildirib ki, onlar həmçinin Ukraynanın ehtiyac duyduğu “Marder” piyada döyüş maşınları, “Fuchs” və “Dingo” zirehli transportyorlarının tədarükünü müzakirə ediblər.

Bundan əlavə, Kiyev enerji obyektlərinin dağıdılmasından sonra Ukraynanın ehtiyac duyduğu enerji avadanlıqlarının siyahılarını tərtib edib.

“Bizə ən çox generator və transformator lazımdır. İlk tədarüklər artıq həyata keçirilir”, – Makeyev bildirib.

Ukrayna səfiri həmçinin Almaniyaya gələn Rusiya vətəndaşlarının ciddi təhlükə yaratdığını bildirib. O, Almaniya hökumətini rusiyalıların ölkəyə girişini qadağan etməyə çağırıb.

Qeyd edək ki,Almaniya hökuməti Ukrayna ilə alman tanklarının tədarükü ilə bağlı razılaşmanı təsdiqləməyib.

Mənbə: rossaprimavera.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir