Statistik rəqəmlərə görə, İsraildə koronavirusa yoluxma sayının gündən-günə artmasına rəğmən ictimai nəqliyyatda yüzlərlə sərnişin maskalardan istifadə tələbinə məhəl qoymur.
Bu haqda yerli “Walla” nəşri məlumta yayıb.
Sosial şəbəkələrdə şahidlərin və nəqliyyat sistemi işçilərinin dediyinə görə, israillilərin əksəriyyəti ya maskadan ümumiyyətlə istifadə etmirlər, ya da onu səhv taxırlar. Beer-Şeva sakinləri də maska taxmaq tələbinə məhəl qoyulmamasından şikayət edirlər.
Şəhər sakinlərinin dediyinə görə, sərnişinlər avtobuslarda maskalardan imtina edir və fiziki məsafə qaydalara əməl etmirlər.
Avtobus şirkətləri deyirlər ki, avtobus sürücüləri sərnişinlərdən yalnız maska taxmağı xahiş edə bilər, ancaq maska taxmadığına görə sərnişini bayıra çıxara bilməzlər.
Avtobus Sürücüləri Birliyi hökuməti avtobuslarda sürücüləri sərnişinlərdən ayıracaq və sağlamlıqlarını qoruyacaq arakəsmələrin quraşdırılması üçün vəsait ayırmağa çağırıb.