Dubayda ərəb dünyasının ən böyük developerinin binası alovlara büründü – FOTO/VİDEO

Dünya

Dubayın (BƏƏ) mərkəzində güclü yanğın baş verib.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılır.

Bildirilir ki, ərəb dünyasının ən böyük developeri olan və “Burj Khalifa” göydələnin çox yaxınlığında yerləşən “Emaar”ın, demək olar ki, bütün 35 mərtəbəsi alovlara bürünüb.

O da vurğulanır ki, binada yanğın siqnalı əvvəlcə işləməyib.

Artıq yanğın söndürülüb. Hələ ki, hadisənin təfərrüatı açıqlanmayıb. Ölən və ya yaralananlar barədə də məlumat yoxdur.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir