Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti 8 Noyabr – Zəfər günü münasibəti ilə yeni videoçarx hazırlayıb.
Kadrlarda Qarabağ zəfərinin yalnız Azərbaycan deyil, ortaq türk dövlətlərinin qələbəsi olduğuna diqqət çəkilib:
“Bu ecazkar torpaqlar, bu şairlər, bu nəğmələr, bu şah əsərlər, bu bəxtiyar övladlar, bu şanlı bayraq. Şuşa – Vətəninə qovuşarkən təkcə, bir şəhəri deyil, ortaq xalq mahnılarımızı, incəsənətimizi, mədəniyyətimizi geri aldıq.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümünü birlikdə qeyd edirik, çünki biz bir millət, iki dövlətik! Biz birik!”
Bununla da SOCAR “birlikdəyik, güclüyük!” mesajı verib.
8 Kasım 2020’de gerçekleşen Karabağ Zaferi’yle, Azerbaycan topraklarının gözbebeği, kültür başkenti Şuşa’yı işgalden kurtarırken sadece bir şehri değil, ortak türkülerimizi, sanatımızı, kültürümüzü de geri aldık. Karabağ Zaferi’nin 2. yıl dönümü kutlu olsun! pic.twitter.com/iyLrku9kRD
— SOCAR Türkiye (@SOCAR_Turkiye) November 7, 2022
www.102info.az