Yaponiya İranın Rusiyaya dron tədarükünə münasibət bildirdi

Dünya

Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz təyyarələr verməsini pisləyir.

Bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bildirib.

Matsuno qeyd edib ki, Tokio müxtəlif kanallar vasitəsilə ən yüksək səviyyədə Ukraynadakı vəziyyətlə bağlı Tehranla fikir mübadiləsi aparır.

“Biz İranı regional və qlobal sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv rol oynamağa çağırırıq. Biz müvafiq tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırırıq”, – deyə Yaponiya Nazirlər Kabinetinin baş katibi bildirib.

Noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Tehranın Moskvaya pilotsuz təyyarələr partiyasını təhvil verdiyini etiraf edib, lakin bunun Rusiyanın Ukraynada müharibəyə başlamasından bir neçə ay əvvəl edildiyini vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir