“Xersonda son gəmi Dnepr çayının sağ sahilindən ayrıldı. Mütəşəkkil evakuasiya çərçivəsində Xerson şəhərindən son gəmi vilayətin sol sahilinə çıxdı”.
Bu barədə Ukraynanın işğal olunmuş Xerson şəhərinin “vitse-qubernatoru” Kirill Stremousov öz “Telegram” kanalında məlumat verib.
“Noyabrın 7-də insanları sol sahilə apara biləcək sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən yola çıxdı”, – deyə Stremousov qeyd edib.
O əlavə edib ki, bundan sonra şəhərdən çıxmaq istəyənlər özləri sərbəst şəkildə təxliyə oluna bilərlər.

Mənbə: TASS
www.102info.az