“Nə? Harada? Nə zaman?” televiziya oyununun ilk bilicilərindən biri Sergey Erşov dünyasını dəyişib.
Onun ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
“Sergey 1977-ci il dekabrın 24-də efirə çıxan oyunda debüt etdi. Sonradan o, intellektual klubumuzun fəaliyyətə başladığı 70-ci illər nəslinin ən parlaq bilicilərindən birinə çevrildi”, – deyə məlumatda bildirilib.
Mənbə: TASS
www.102info.az