Erməni nazirdən sərsəm bəyanat: İrəvan yeni müharibəyə hazırlaşır?

Dünya

Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin də üzərində formalaşdığı Sovet-Rusiya hərbi məktəbi II Qarabağ müharibəsində özünün effektsizliyini nümayiş etdirdi.

S.Papikyan bildirib ki, 2020-ci ilin payızında baş tutmuş 44 günlük müharibə gəldiyi qənaətin doğru olduğunu göstərir.

“Qələbə qazanmaq üçün bir neçə vacib amili bir araya gəlməlidir. Bu, müasir silahlar, daim yenilənən kəşfiyyatın mövcudluğu, şəxsi heyət arasında müasir taktika biliklərinin olması. Təəssüflə etiraf etməliyik ki, yuxarıda qeyd etdiyim məqamların heç biri bizdə yox idi. Bir neçə elit bölmə istisna olmaqla, şəxsi heyətimiz beşinci nəsil müharibəsinin nə olduğunu bilmirdi”, – deyə Suren Papikyan vurğulayıb.

Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti müharibənin anonsunu da verib.

O bildirib ki, Ermənistan ordusunun müharibədən çıxardığı nəticələri əsas götürərək gələcək müharibəyə hazırlaşmalıdır:

“Dəfələrlə yazdığım kimi, proses işə salınıb və yubanma ölümcül nəticələrə səbəb ola bilər. Müstəqil dövlətə sahib olmaq istəyiriksə, çox çalışmalıyıq”.

Mənbə: Newsyou.info

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir