Moskvada ana körpəsini 11-ci mərtəbədən küçəyə atıb – FOTO

Dünya

Rusiyanın paytaxtında yaşayış binasının həyətində küçəyə atılmış azyaşlı uşaq tapılıb.

Məlumatda qeyd olunur ki, bir yaşı olan uşağı 11-ci mərtəbənin pəncərəsindən həyətə onun 26 yaşlı anası atıb.

Xəsarət alan bir yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun anası artıq saxlanılıb, istintaq işləri davam etdirilir.

Mənbə: Vesti24

www.102info.az