Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük rəqəmdir.
Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.
“İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu, İkinci Dünya Müharibəsindən bəri ən yüksək rəqəmdir. İnsanlar müharibələrdən, zorakılıq və hüquqlarının pozulmasından qaçır. Həmçinin bu prosesə iqlim dəyişikliyi və digər faktorlar da təsir edir”, – deyə o, bildirib.
BMT rəsmisinin sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.
Mənbə: TASS
www.102info.az