Rusiyanın Xersondakı “canişini” avtomobil qəzasında ölüb

Dünya

Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətinə təyin olunmuş “canişini” Kirill Stremousov avtomobil qəzasında həlak olub.

O, rəsmən vilayət qubernatorunun müavini vəzifəsini tutub və qubernatorun səlahiyyətlərini icra edib.

Rusiya qüvvələrilə əlbir olan Stremousovun işğalçı qoşunların bölgədən çıxarıldığı gün həlak olması müəyyən şübhələr yaradıb. Onun bəzi məxfi məlumatlara sahib olduğu üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilməsi barədə xarici mətbuatda iddialar səsləndirilib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir