Cari ilin fevral ayından bəri dünya miqyasında COVID ölümləri demək olar ki, 90% azalıb. Lakin beynəlxalq ictimaiyyət yeni ştammların yayılmasını nəzərə alaraq ayıq olmalıdır.
Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Keçən həftə COVID-19-dan 9,4 mindən bir qədər çox ölüm halı olub. Bu, həftəlik qeydə alınan ölümlərin sayının 75 minə çatdığı bu ilin fevral ayı ilə müqayisədə demək olar ki, 90% azdır. Biz uzun bir yol qət etmişik və bu, şübhəsiz ki, nikbinlik üçün səbəbdir. Lakin biz bütün hökumətləri, icmaları və insanları ayıq-sayıq olmağa çağırmağa davam edirik”, – deyə o, bəyan edib.
Mənbə: TASS
www.102info.az