Maldiv adalarında faciə: On xarici vətəndaş yanaraq öldü

Dünya

Maldiv adalarında əcnəbi işçilərin yaşadıqları binada baş verən yanğında azı on nəfər həlak olub.

Maledə yerləşən binanın üst mərtəbəsindən 10 meyit çıxarılıb. Yanğın binanın 1-ci mərtəbəsində yerləşən avtomobil təmiri qarajında ​​başlayıb.

İlkin məlumata görə, ölənlər arasında bir Banqladeş vətəndaşı və doqquz hindistanlı var.

Yanğın dörd saat ərzində söndürülüb. Onun başvermə səbəbi dəqiqləşdirilməyib.

Mənbə: France Presse

www.102info.az