ABŞ Ukraynaya “Grey Eagle” dronlarını göndərməyəcək

Dünya

Kiyevin və bir qrup amerikalı konqresmenin müraciətlərinə baxmayaraq, ABŞ Ukraynaya yüksək texnologiyalı “Grey Eagle” pilotsuz təyyarələrini göndərməyəcək.

Bu barədə ABŞ rəsmiləri məlumat yayıblar.

Bildirilir ki, Pentaqon müraciəti rədd etməsinə səbəb kimi bunun münaqişəni gərginləşdirə biləcəyini göstərib.

Dron istehsalçısı “General Atomics”in nümayəndəsi də şirkətin belə bir qərardan xəbərdar olduğunu təsdiqləyib.

Daha əvvəl məlumat verilmişdi ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası tələb olunan “MQ-1C Grey Eagle” pilotsuz təyyarələrinin Rusiya Federasiyasının əlinə keçə biləcəyindən narahatdır. Həmçinin onlar Ukrayna qoşunlarına onlardan istifadə etmək üçün təlim keçmək zərurətini əsas gətirərək dronları göndərməkdən imtina edirlər.

Mənbə: The Wall Street Journal

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir