Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Görüşdən sonra Özbəkistan dövlət başçısı Ərdoğana İmam Buhari ordenini təqdim edib.
“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.
Mənbə: Haber Global
www.102info.az