Avropa İttifaqının (Aİ) bütün avtomobil və dəmir yolu infrastrukturu uyğunlaşdırılmalıdır ki, Aİ hərbi texnika və qoşunları bir hissədən digərinə, əsasən qərbdən şərqə sürətlə daşıya bilsin.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Bu, bizim müdafiəmiz üçün çox vacibdir”, – deyə o, bunun üçün körpülərin, tunellərin, avtomobil yollarının və dəmir yollarının tikintisinin tələb olunduğunu vurğulayıb.
Borrelin sözlərinə görə, Aİ Balkan ölkələri, Moldova və Ukraynanı döyüş qüvvələrinin sürətlə yerləşdirilməsi üçün hərbi mobilliyin artırılması layihələrinə daxil edəcək.
Hərbi mobillik planı NATO ilə, ABŞ, Kanada və Norveç kimi əsas strateji tərəfdaşlarla əməkdaşlığı gücləndirməyi, Ukrayna, Moldova və Qərbi Balkanlar kimi regional tərəfdaşlarla birgə fəaliyəti və dialoqun asanlaşdırılmasını nəzərdə tutur.
Mənbə: TASS
www.102info.az