Kəşfiyyatçılar İkinci Dünya müharibəsi zamanı dənizdə itmiş artefaktları axtarmaq üçün Atlantik okeanı gəzərkən 1986-cı ildə havaya qalxdıqdan qısa müddət sonra partlayan “Challenger” kosmik gəmisinin qalıqlarına rast gəliblər.
“History Channel” və NASA bildiriblər ki, “Challenger”in fraqmenti Floridanın şərq sahillərində “Bermud üçbucağı” barədə sənədli yeni serialın çəkilişləri zamanı aşkar edilib. Serialın bu ay “History” kanalında premyerası olacaq.
“Challenger” 28 yanvar 1986-cı ildə buraxıldıqdan sonra parçalanıb və nəticədə kosmosda ilk mülki şəxs olacaq müəllim də daxil olmaqla, göyərtədəki yeddi ekipaj üzvünün hamısı həlak olub.
Televiziya tamaşaçıları, xüsusən də ABŞ məktəblərində oxuyan şagirdlər həmin səhər partlayışın canlı yayımını dəhşət içində izləyiblər.
Mənbə: Mk.ru
www.102info.az