Məşhur braziliyalı futbolçu Ronaldo İspaniya Sequndasının “Valyadolid” klubunu satmaq niyyətindədir.
İkiqat dünya çempionu klubun səhmlərinin 81%-nə sahibdir.
Ronaldo ailəsinin yaşadığı Braziliyaya qayıtmağı planlaşdırır.
O, həmçinin doğma klubu olan “Kruzeyro”nun səhm nəzarət paketini də əldə edib. Bunun üçün keçmiş braziliyalı hücumçu “Valyadolid”i satmağı düşünür.
Ronaldo 2018-ci ildə “Valyadolid”in səhmlərinin 51%-ni alıb. Zamanla o, payını 81%-ə çatdırıb. “Valyadolid”in büdcəsi iki dəfə artıb. Ancaq La Liqada üç il oynadıqdan sonra keçən yay “Valyadolid” İkinci Diviziona düşüb.
Mənbə: Sport-Express
www.102info.az