Şimali Koreyadan gələn təhdidlər artarsa, ABŞ Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirmək məcburiyyətində qalacaq.
Bu barədə ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə söhbətində qeyd etmək niyyətindədir.
“Bayden Si Cinpinə öz yanaşmasını təqdim edəcək, ona görə, KXDR təkcə ABŞ, Cənubi Koreya və Yaponiya üçün deyil, həm də bütün regionda sülh və sabitlik üçün təhlükə yaradır. Şimali Koreya bu yolu davam etdirərsə, bu, ABŞ-nin bölgədəki hərbi mövcudluğunun genişlənməsi demək olacaq”, – deyə ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Bayden və Si Cinpin noyabrın 14-də Balidə G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində görüşəcəklər.
Mənbə: TASS
www.102info.az