“Vaqner”in lideri Ukrayna ilə sərhəddə yeni hərbi strukturlar formalaşdırır

Dünya

“Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin Belqorod və Kursk vilayətlərində yeni hərbi strukturlar formalaşdırır.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, hazırda sərhədyanı ərazilərdə yeni çağırışçılara təlimlər keçilir.

Priqojin özü belə “mərkəzlərin” fəaliyyət göstərdiyini təsdiq edib və bəyan edib ki, Rusiya “(öz) torpaqlarını müdafiə etməyə tam hazır olmalıdır”.

Qərb analitikləri iddia edirlər ki, Priqojinin Belqorod və Kursk vilayətlərində paralel hərbi strukturlar yaratmaq istəyi onun nüfuzunu və gücünü artırmaq cəhdlərinin bir hissəsidir. Bunun Rusiyanın ümumi hərbi kampaniyasına aidiyyəti yoxdur.

“Priqojin çox güman ki, daha geniş mənada paralel hərbi strukturlar yaratmağa davam edəcək. Bu, Rusiyanın siyasi dairələrində nüfuzunu və mövqeyini genişləndirmək, həmçinin öz şəxsi ordusunu yaratmaq məqsədi güdür”, – deyə məlumatda qeyd edilib.

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir