Zelenskinin nümayəndəsi: “İran Rusiya ilə birgə Ukraynada mülki əhalinin öldürülməsinə məsuliyyət daşıyır”

Dünya

“İran Rusiya ilə birgə Ukraynada mülki əhalinin öldürülməsinə görə məsuliyyət daşıyır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) “Xalqın xidmətçisi” Partiyasının deputatı, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavski deyib.

Onun sözlərinə görə, bu gün İranın Rusiyaya “Shahed”, “Mohajer-6” kimi pilotsuz uçuş aparatları (PUA) tədarük etməsi ilə bağlı heç bir şübhə yoxdur:

“Bu dronlar Ukrayna ərazisinə hücumlar həyata keçirib. Onların 99%-i mülki obyektlərə, vacib infrastruktura zərbələr endirib. Biz zədələnməmiş bu dron növlərini ələ keçirmişik. Bizim alimlərin təhlilləri açıq şəkildə təsdiq edir ki, bu dronlar İranda istehsal olunub. Buna görə də bu ölkənin istehsal etdiyi PUA-ların Ukraynaya qarşı istifadə edilməsi ilə bağlı heç bir şübhə qalmayıb”.

Fyodor Venislavski vurğulayıb ki, İran hazırda münaqişə tərəflərindən birini – Rusiyanı dəstəkləyir:

“Ukrayna Baş Kəşfiyyat İdarəsi bu dronların İrandan Rusiyaya tədarük marşrutları və sayı ilə bağlı yüz faizlik sübutlara malikdir. Odur ki, beynəlxalq hüquqa əsasən söyləyə bilərik ki, İran hazırda münaqişə tərəflərindən birini – Rusiyanı dəstəkləyir. Rusiyaya dron ixracına razılıq verən iranlı rəsmilər Ukraynada bu ölüm silahlarından istifadə edənlər kimi mülki əhali arasında itkilərə görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar”.

Deputat hesab edir ki, Ukrayna bundan sonra da beynəlxalq təşkilatlar səviyyəsində bu məsələyə reaksiya verəcək və diqqət çəkəcək:

“Qərb dünyasının İrana qarşı sanksiya təzyiqinin gücləndirilməsi məsələsində Ukrayna ilə həmrəy olacağını gözləyirik. Burada əsas məsələ İran PUA-larının Rusiyaya çatdırılması mexanizmləri və İranın bu dronları hazırlamaq imkanları ilə bağlıdır. Belə ki, bizim məlumatlarımıza əsasən, bu dron növlərinin hazırlanmasında Avropa ölkələrində istehsal edilən komponentlərdən istifadə olunur. Beynəlxalq institutlar isə bunu İrana qarşı sanksiyaların pozulması kimi nəzərdən keçirə bilərlər”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir