Parisin “Şarl de Qoll” aeroportunda 18 il yaşayan iranlı qaçqın Mehran Kərimi Nasseri hava limanında dünyasını dəyişib.
Mehran Kərimi Nasseri noyabrın 12-də günorta saatlarında Terminal 2F-də ürək tutmasından vəfat edib. Polis və tibb işçilərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
1945-ci ildə doğulduğu güman edilən Kərimi Nasseri 1988-2006-cı illərdə “Şarl de Qoll” hava limanının I Terminalında yaşayıb. Aeroport sözçüsünün sözlərinə görə, o, son həftələrdə yenidən hava limanında yaşayırmış.
Onun hekayəsi amerikalı kinorejissor Stiven Spilberqi baş rolu Tom Henksin canlandırdığı “Terminal” filmini yaratmağa ruhlandırıb.

Mənbə: TASS
www.102info.az