“Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duran məclislərin üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir”, – Ərdoğan qeyd edib.
O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi bu gün də, sabah da hədəfinə çatmayacaq.
Mənbə: Anadolu Agentliyi
www.102info.az