Bazar günü Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 215 min nəfər əhalisi olan Konsepsyon şəhərindən 89 km cənub-qərbdə yerləşib. Mənbə 32 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: TASS
www.102info.az